Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Vaşinqton, 17 dekabr, AZƏRTAC
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ və Venesuela arasında gərginliyin qarşısını almaq üçün BMT-yə müraciət edib.
AZƏRTAC-ın məlumatına görə, o, mətbuat konfransında Meksikanın Venesuelaya xarici müdaxiləyə qarşı olduğunu söyləyib.
"Mən Birləşmiş Millətlər Təşkilatını öz rolunu yerinə yetirməyə çağırıram. Təşkilat qan tökülməsinin qarşısını almaq üçün rolunu öz üzərinə götürməlidir", - deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.