ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
BMT Baş katibi Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.
O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər:
“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”.
O, bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.