AZ

ABŞ bu gecə müharibəyə başlayır?

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ və Venesuela arasında gərginliyin qarşısını almaq üçün BMT-yə müraciət edib.

Publika.az xəbər verir ki, o, mətbuat konfransında Meksikanın Venesuelaya xarici müdaxiləyə qarşı olduğunu söyləyib.

"Mən Birləşmiş Millətlər Təşkilatını öz rolunu yerinə yetirməyə çağırıram. Təşkilat qan tökülməsinin qarşısını almaq üçün rolunu öz üzərinə götürməlidir", - prezident bildirib.

BMT-nin sözçüsünün müavini Fərhan Haq məsələyə münasibət bildirib. Onun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib.

“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edib.

Seçilən
96
9
publika.az

10Mənbələr