Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts Avropa İttifaqını (Aİ)dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarqəbul etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleriBundestaqda çıxışı zamanı deyib.
"Avropadan Ukraynaya davamlı maliyyə dəstəyi kifayət deyil", -deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirə edilməsi vəUkraynaya verilməsi "Ukrayna ordusunun ən azı daha iki ilmaliyyələşdirilməsinə imkan verəcək".
Öz növbəsində, Macarıstanın Baş naziri Viktor Orban Brüsseləgəldikdən sonra Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsiməsələsinin 18-19 dekabr tarixlərində Belçikanın paytaxtındakeçiriləcək Aİ sammitinin gündəliyində olmayacağını açıqlayıb.