AZ

Dünən Ağdamda 43 yaşlı kişinin traktorla minaya düşməsi barədə rəsmi məlumat açıqlanıb

Xəbər verdiyimiz kimi, dekabrın 17-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Qeyd olunub ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
17
42
aznews.az

10Mənbələr