İstanbulda məşhurları hədəf alan qanunsuz maddə əməliyyatı keçirilib.
Xəbər verilir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 18 dekabr 2025-ci il saat 07:00-dan etibarən şəhərin 7 ünvanında axtarış aparılıb.
Əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna Yıldız saxlanılıb. Axtarış zamanı Mümine Senna Yıldızın evindən təxminən 5 qram marixuana və üyütmə aparatı aşkar edilib.
Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında tapılmayıb. İstintaq davam edir.