AZ

Dövlət Xidməti qanvermə aksiyası keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Qan Bankı ilə birgə könüllü qanvermə aksiyası təşkil edib.

Doğru.az xəbər verir ki, “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən aksiyada Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Qanvermə zamanı Respublika Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb, ilkin müayinə aparıldıqdan sonra qan analizi götürülüb.

Toplanan qan ehtiyatının talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacağı bildirilib.

Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir və ölkə üzrə mütəmadi olaraq könüllü qanvermə aksiyaları təşkil olunur.

DOĞRU.AZ

image-1766043545186125365_1200x630 image-17660435455461633517_1200x630

Seçilən
75
14
dogru.az

10Mənbələr