AZ

Mbappe Ronaldunun rekordunun bir addımlığındadır

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Kriştianu Ronaldunun "Kral Klubu"ndakı rekorduna çatmağa yaxınlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, 27 yaşlı futbolçu 2025-ci ildə meydana çıxdığı oyunlarda 58 qol vurub.

Bu statistika onu 2013-cü ildə 59 qol vuran Ronaldudan sonra "Real Madrid" tarixində ikinci yerə qoyur.

Mbappenin portuqaliyalı futbolçunun rekordunu təzələməsi üçün cəmi bir oyunu qalıb. "Real" dekabrın 20-də La Liqada "Sevilya" ilə qarşılaşacaq.

Cari mövsümdə hücumçu 26 oyunda meydana çıxıb, 29 qol vurub və dörd məhsuldar ötürmə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
1
cebheinfo.az

2Mənbələr