Almatı. Trend:
Qazaxıstanda hazırda 2,5 milyard dollar dəyərində layihələrAvrasiya İnkişaf Bankında (AAİB) baxış mərhələsindədir.
Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu AAİB İdarə heyətinin sədrinin müavinivə AAİB baş iqtisadçısı Ruslan Dalenov 2025-ci ilin yekunlarınadair Almatıda keçirilən mətbuat konfransında deyib.
Dalenov qeyd edib ki, AAİB-in Qazaxıstanda yığılan layihələrportfeli 9 milyard ABŞ dollarına çatır. 16 milyon ABŞ dollarıhəcmində texniki yardım göstərilib.
Onun sözlərinə görə, hazırda AAİB-in Qazaxıstandakı fəaliyyəti2022-2026-cı illəri əhatə edən beşillik strategiyaya uyğunaparılır. Dörd il ərzində AAİB Qazaxıstandakı layihələrə 5,1milyard dollar investisiya yatırıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə vəAvrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiyafəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmışçoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan vəÖzbəkistan.