AZ

"Bu il Bakı Limanındakonteyner aşırılması 100 min TEU-nu keçərək"

"Bakı Beynəlxalq Dəniz Limanında ötən il konteyner aşırılması 76 min TEU ətrafında idisə, bu il bu rəqəmin 100 mini keçərək 104-105 min TEU-ya çatması gözlənilir. Bu, ötən illə müqayisədə təxminən 40 % artım deməkdir".

Bunu Bakı limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Limanın texniki potensialı, maddi-texniki bazası və peşəkar heyəti daha yüksək nailiyyətlər əldə etməyə imkan verir. Eyni zamanda  gələcək illər üçün hədəflər daha böyükdür.

Salahov qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Limanında bu ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağı gözlənilir.

 

Seçilən
7
2
marja.az

4Mənbələr