AZ

Ukrayna Rostovda neft daşıyan gəmini vurub

Ukrayna dronları 18 dekabr çərşənbə günü gecə Rostov vilayətinə hücum edib. Regional hakimiyyət orqanlarının məlumatına görə, Rostov-na-Donu, Bataysk və Taqanroq şəhərləri vurulub.

Herbiand.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücum nəticəsində Rostov limanında yük gəmisinin alovlandığını bildirib. Gəmidə olan iki heyət üzvü həlak olub, üç nəfər yaralanıb. Yanğın 20 kvadrat metr ərazini əhatə edib və söndürülüb.

Ukrayna mənbələrinion məlumatına görə, zədələnmiş gəmi neft tankerinə çevrilmiş "Valeriy Qorçakov" olub.

Rusiya mənbələri məlıumatı təsdiqləyib. Limanda heç bir neft dağılması qeydə alınmadığı bildirilir.

Seçilən
124
herbiand.az

1Mənbələr