AZ

Tramp tarixə Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi düşəcək

ain.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoysa, tarixə ən sülhsevər ABŞ prezidenti kimi düşə bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Ukraynadakı bu münaqişə Trampın köməyi ilə dayandırılarsa, o, tarixə düşəcək. Onun Nobel mükafatına ehtiyacı yoxdur. Tramp tarixə Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi düşəcək", - o bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, əgər yeni beynəlxalq "Core 5" qrupunun Amerika təşəbbüsü həyata keçirilərsə, dünya tamamilə fərqli olacaq: “Mediadan eşitdim ki, Tramp beş ölkədən ibarət bir blok yaratmağa hazırdır: Rusiya, Çin, Yaponiya, ABŞ və Hindistan. Düşünürəm ki, bu ittifaq gerçəkləşərsə, dünya qısa müddət ərzində tamamilə fərqli olacaq”.

Lukaşenkonun sözlərinə görə, avropalılar Trampın nə istədiyini başa düşmürlər.

"Tramp Asiyaya üz tutub, çünki ora gələcək inkişafın əsas mərkəzidir. Bu gün Asiya Çin sayəsində sürətlə inkişaf edir", - o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
operativmm.az

5Mənbələr