AZ

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiqedən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktivinvestisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinəöz töhvəsini verən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdimedilib.

2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ənfəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinindəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatınıntəqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı,startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri vədövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi vətorpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmişşəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasıilə başlayıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziriAnar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərininyaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfəverdiyini qeyd edib. O, Prezident cənab İlham Əliyevin rəhbərliyiilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketinəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrininsayının 45% və ya 595 min artdığını, bu artımın 92%-nin özəlsektorun payına düşdüyünü diqqətə çatdırıb. 2018-2025-ci illərdəəməkhaqqı fondunda 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə3,6 dəfə artım olduğunu deyən nazir qeyd edilən dövrdə Nazirliktərəfindən 2,1 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri iləəhatə olunduğunu bildirib. Anar Əliyev ölkəmizdə dayanıqlımexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sistemininformalaşdığını, bu sistem vasitəsilə işçilərin hüquqlarınınqorunması ilə yanaşı, həm də sahibkarların maraqlarının təminedildiyini, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında BaşKollektiv Sazişin imzalandığını, Sosial və İqtisadi Məsələlər üzrəÜçtərəfli Komissiyanın uğurlu fəaliyyətini qeyd edib. O,sahibkarlığa dəstək tədbirlərinin həm vətəndaş rifahınınyüksəldilməsinə, həm də iqtisadi inkişafa xidmət etdiyini bildirib,“Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişafgöstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlhamƏliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdəiqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyətiartıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xariciinvestisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. İqtisadisiyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektorununinkişafı nəticəsində bu sahə 2021-2024-cü illərdə hər il ortahesabla 6,7% artıb və onun iqtisadiyyatda payı 68%-ə yüksəlib,hazırda bu rəqəm 70%-dən çoxdur. Qeyri-neft ixracı son altı ildədemək olar ki, iki dəfə artıb. Qabaqcıl ideyaların tətbiqi,dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlarnəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4%səviyyəsindədir. Son illərdə dövlətin əsas prioritetlərindən biriişğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin özdoğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtmasıdır. Dövlət vəözəl sektor əməkdaşlığı bu sahədə də özünü müsbət mənada göstərirvə bizneslər Böyük Qayıdış prosesində fəal iştirak edirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarəHeyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlıvə davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığıbarədə fikirlərini bölüşüblər.

Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə“Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Azad olunmuşərazilərdə uğurlu biznes”, “Əlillik məhdudiyyət deyil”, “İlininvestoru”, “Uğurlu qadın sahibkar”, “Ölkədə turizmin inkişafı”,“İnnovativ həllər”, “Ekoloji məsuliyyət”, "Uğurlu istehsalçı",“Fəal ixracatçı şirkət”, "Halal biznes", “Yeni nəfəs, yenigörüntü”, "Uğurlu startap", “Milli biznesin beynəlxalq təsir gücü”,“Tekstil – peşəkar fəaliyyət”, “Rabitə xidmətlərinin inkişafı”,“Kənd təsərrüfatında uğur” və “Naxçıvanda uğurlu biznes”nominasiyaları üzrə mükafatlandırılıblar.

Tədbir çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panelmüzakirə təşkil olunub. “Ekvita” şirkətinin baş direktoru İlqarMehtinin moderatorluğunda panel müzakirədə sahibkarlıqekosistemləri üzrə fəlsəfə doktoru Qənirə İbrahimova, “TimesConsulting”in direktoru Elqar Bağırov, “Kapital Bank” ASC-nin Kiçikvə Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi Xasıyev,“Hesabat.az”, “CİB Biznes” və “TechLaw.az” layihələrinin təsisçisiHacıağa Hacı KOB-larla bağlı əsas çağırışlar, yeni imkanlar, dövlətdəstəyi və innovativ yanaşmalar barədə fikir və təkliflərinibölüşüblər.

Eyni zamanda tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqatvə dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsiməqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsininqalibləri təqdim edilib. Qeyd edək ki, KOB-ların təhsil, elm,tədqiqat və dəstək istiqamətləri üzrə layihələrininmaliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 7 qrant müsabiqəsikeçirilib. 7-ci qrant müsabiqəsi çərçivəsində 30 KOB subyektininlayihəsinə 525 min manat olmaqla, ümumilikdə indiyədək keçirilmişmüsabiqələr çərçivəsində KOB-ların 129 layihəsinə 2,2 milyonmanatdan çox qrant vəsaiti ayrılıb.

Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğurhekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdimedib, sahibkarlıqla bağlı film nümayiş olunub.

Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq”mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş“Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olansahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznesdüşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasındaəməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafatsahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosialməsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq”mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yenitəşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırışvə dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.

2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
Məqalədə:
Seçilən
139
8
az.trend.az

9Mənbələr