AZ

92 yaşlı qadın eSports turnirində qalib gəldi

Yaponiyada 92 yaşlı Hisako Sakai məşhur döyüş oyunu Tekken 8 üçün keçirilən eSports turnirində yüksək səviyyəli oyun və reaksiya müddəti nümayiş etdirərək qalib gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yarışda 73 ilə 95 yaş arasında olan səkkiz oyunçu təkbətək matçlarda mübarizə aparıb.

Finalda Sakai 74 yaşlı Qoro Sugiyamanı məğlub edib. Turnir YouTube-da canlı yayımlanıb və peşəkar şərhçilər iştirak edib. 

Tədbirin təşkilatçısı olan Care eSports Assosiasiyası 2019-cu ildən bəri yaşlı oyunçular üçün turnirlər keçirir. Hazırda təşkilat Mie, Aiçi və Gifu prefekturalarında seçmə mərhələlərindən keçmiş iştirakçılar üçün ildə iki yarış keçirir. 

Seçilən
109
4
unikal.az

5Mənbələr