AZ

Yeni nəşr Xəzər Universitetində təqdim olundu - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu dekabrın 17-də Xəzər Universitetində yeni nəşrinin təqdimatını keçirib.

QHT.az xəbər verir ki, İnstitutun İdarə Heyəti sədrinin müavini və kitabın müəllifi Vəfaddin İbayev "Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabının təqdimatında əsərin əsas məzmun xətti və mahiyyəti barədə danışıb. Bildirilib ki, nəşrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, münaqişənin tarixi kökləri araşdırılıb və BMT sənədləri əsasında təhlillər aparılıb. Həmçinin, 44 günlük müharibəyə beynəlxalq hüququn prinsipləri aspektindən qiymət verilib. Ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin dünya siyasi liderlərinin təcrübələri ilə müqayisəsi aparılıb, ordu quruculuğu, müttəfiqlik münasibətləri, diplomatik fəaliyyət və beynəlxalq təşkilatlarla iş prosesləri konkret faktlar əsasında təhlil olunub.

Təqdimatda iştirak edən Universitetin müəllimləri, mütəxəssisləri və tələbələri ümumilikdə 24 nəfər kitabın mahiyyəti, mövzusu və təqdim olunan təhlillər barədə fikirlərini bildirib, habelə əsərin elmi əhəmiyyəti barədə müzakirələr aparıblar.

Seçilən
70
qht.az

1Mənbələr