AZ

Mbappe Ronalduya çatdı

Kilian Mbappe "Real Madrid" forması ilə tarix yazmağa çox yaxındır.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bir təqvim ili ərzində ən çox qol atan oyunçu rekordunu bərabərləşdirib.

2025-ci il ərzində 59 qola imza atan Mbappe bu göstərici ilə klub əfsanəsi Kriştianu Ronalduya məxsus rekora çatıb. Fransalı hücumçunun bu tarixi rekordu təkbaşına qırması üçün cəmi 1 qol vurması kifayətdir.

Azarkeşlər artıq səbirsizliklə növbəti qolu gözləyir.

Kamil Xudiyev

Seçilən
47
1
fanat.az

2Mənbələr