AZ

Əgər çox susub, az danışırıqsa: Daxili dünyanmızda bunlar baş verir PSİXOLOQ

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Psixoloqa müraciət etmək çarəsizlik deyil, öz ruhuna qulaq asmaqdır. Çünki insan hər şeyi susaraq daşımaq üçün deyil, anlaşılmaq üçün var”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib. Onun sözlərinə görə, psixoloq kimi ən çox şahidi olduğu həqiqət insanların əslində “çox şey” istəməməsidir:

“İnsanlar sadəcə görülmək, hisslərinin önəmsənməsini və olduqları kimi qəbul edilməyi istəyirlər. Psixoloji istəklərin qarşılanmaması insanı zəif etmir, amma uzun müddət tək buraxıldıqda onu yorur və səssizcə dağıdır. İnsan bəzən hər şeyə sahib kimi görünür: işi var, ailəsi var, gülür, danışır, gündəlik həyatını yaşayır. Amma daxilində səssiz bir yer var ki, orası toxunulmamış qalır. Psixoloji istəklərimiz məhz həmin yerdə yaşayır. Sevilmək, dəyərli hiss olunmaq, başa düşülmək, güvənmək və s. Bunlar sözlə deyilməsə də, insanın ruhunu ayaqda saxlayan əsas ehtiyaclardır və bu ehtiyaclar qarşılanmadıqda insan tədricən özündən uzaqlaşmağa başlayır”. 

Psixoloq qeyd edib ki, insanın içində bəzən izah edə bilmədiyi bir ağırlıq yaranır:

“Hər şey yerindədir, amma ürək rahat deyil. Sevincli anlar yarımçıq qalır, gülüş tez sönür. İnsan öz-özündən “Mənə nə olub?” deyə soruşur, amma cavab tapa bilmir. Çünki problem kənarda deyil, hiss edilməyən, amma dərindən yaşanan bir boşluqdadır. Psixoloji tələbatlar uzun müddət cavabsız qaldıqda insan özünü günahkar sayır. Daha az danışır, daha çox susur. Ehtiyaclarını ifadə etməməyə öyrəşir, çünki necə olsa, eşidilməyəcəyini düşünür. Zamanla bu susqunluq özünə inamsızlığa çevrilir. İnsan öz dəyərini başqalarının münasibətindən ölçməyə başlayır və hər laqeydlik içində bir az da sınır”.

Samirə İsmayılova vurğulayıb ki, problem sizdə deyil, bəlkə də sadəcə çoxdandır ehtiyaclarınızı içinizdə saxlayırsınız:

“Bədən də bu səssiz ağrını daşıya bilmir. Gərginlik artır, yuxular pozulur, səbəbsiz yorğunluq, tez ağlamaq istəyi və ya tam əksinə, hisslərin donması ortaya çıxır. İnsan bəzən deyir ki, mən heç nə hiss etmirəm. Əslində isə çox şey hiss edir, sadəcə artıq gücü qalmayıb. Bu nöqtədə insan ya hər kəsdən uzaqlaşır, ya da onu anlayan ilk adama həddindən artıq bağlanır. Sevilmək ehtiyacı o qədər güclü olur ki, insan bəzən öz sərhədlərini də itirir. Özünə yaxşı gəlməyən münasibətlərdə qalır, dəyərini görmədiyi yerlərdə ümid axtarır. Çünki daxilindəki boşluq səssiz qışqırır”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
cebheinfo.az

2Mənbələr