AZ

London klubunun hədəfinə düşdü

“Çelsi” yarımmüdafiəçi Kes Smiti hədəfə alıb.

"Football-plus.az" xəbər verir ki, “zadəganlar” “Alkmar”ın 19 yaşlı futbolçusunun nümayəndələri ilə ilkin əlaqə yaratsalar da, hələlik rəsmi transfer təklifi göndərməyiblər. London klubunun qışda bazarda aktivlik göstərməyəcəyi, bu səbəbdən də mümkün keçidin yay aylarına saxlanılacağı qeyd olunur.

Cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxaraq 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan yeniyetmə oyunçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Seçilən
147
1
football-plus.az

2Mənbələr