Bakı. Trend:
Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələrmahiyyət etibarilə insan haqları və ya demokratik dəyərlərlə bağlıdeyil. Bu dinləmələr ABŞ Prezidenti Donald Trampın rəhbərliyi iləformalaşdırılmış və hazırda Vaşinqtonun rəsmi xarici siyasətxəttinə çevrilmiş real sülh gündəliyinə qarşı Avropaİttifaqı–Ermənistan siyasi sabotaj oxunun sistemli müqavimətinintərkib hissəsidir. Avropa Parlamenti bu prosesdə müstəqil vəobyektiv institut kimi deyil, ideoloji və geosiyasi maraqlarınicraedici platforması qismində çıxış edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli MəclisinBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininüzvü Elçin Mirzəbəyli deyib.
Millət vəkili vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampınbirbaşa siyasi iradəsi ilə irəli sürülmüş sülh gündəliyi CənubiQafqazda postmünaqişə mərhələsinin əsas konturlarınımüəyyənləşdirir. Bu gündəliyin əsas sütunlarından biri olan TRIPPlayihəsi dövlətlərin ərazi bütövlükləri, sərhədlərinintoxunulmazlığı və suverenlikləri ilə bağlı qarşılıqlı tanınma,kommunikasiyaların açılması, təhlükəsizlik mexanizmlərinininstitusionallaşdırılması və regional iqtisadi inteqrasiyanınəzərdə tutur:
“Lakin Aİ ilə Ermənistan arasında qəbul edilmiş son sənədlərdəTRIPP layihəsinə istinadın tamamilə kənarda saxlanılması texnikiboşluq deyil, şüurlu geosiyasi seçimdir. Brüssel və İrəvanVaşinqton formatını prosesdən kənarlaşdırmağa, onu Paris–Brüsselmərkəzli, lakin real nəticə verməyəcək alternativ gündəmləəvəzləməyə çalışır”.
Deputatın sözlərinə görə, Avropa İttifaqı daxilindəfəaliyyət göstərən sorosçu şəbəkələr, radikal liberal dairələr və“voukist” ideoloji qruplar milli suverenliyə əsaslanan realsiyasəti qəbul etmirlər. Bu qruplar üçün ayrı-ayrı regionlardahəqiqi sülh deyil, idarə olunan gərginlik, dondurulmuş münaqişələrvə xarici təsir mexanizmlərinin qorunması daha əlverişlidir. Məhzonların təsiri altında Aİ institutları Cənubi Qafqazda yaranmıştarixi fürsəti dəstəkləmək əvəzinə, onu zəiflətməyə yönəlmişritorika və siyasi alətlərdən istifadə edirlər:
“Avropa Parlamentinin Azərbaycana münasibətdə tutduğu mövqeepizodik xarakter daşımır, illər ərzində formalaşmış sistematikqərəzin nəticəsidir. İşğal dövründə bu təsisat Azərbaycanın ərazibütövlüyünə münasibətdə, ən yaxşı halda susqunluq və riyakarlıqnümayiş etdirib, beynəlxalq hüququ selektiv şəkildə tətbiq etməyəçalışıb. Vətən müharibəsinədək Avropa Parlamenti Gürcüstan, Ukraynavə Moldovanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyi halda,Azərbaycan mövzusunda bu prinsipdən yayınıb. Müharibədən sonra isəeyni qurum revanşist ritorika ilə çıxış edərək yeni regionalreallıqları qəbul etmədiyini açıq şəkildə ortaya qoyub.
Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının EUMAmissiyası nə ATƏT mandatına malikdir, nə də region dövlətləriarasında razılaşdırılmış hüquqi çərçivəyə söykənir. Bu missiyasülhməramlı mexanizm deyil, siyasi müşahidə adı altında təsir vətəzyiq alətidir. Onun fəallaşması Aİ-nin neytral əlaqələndiriciyox, birbaşa tərəf kimi çıxış etdiyini və bölgədə yeni gərginlikocaqları yaratmağa çalışdığını təsdiqləyir.
Aİ-nin Ermənistanla koordinasiyalı fəaliyyəti Vaşinqtonda əldəedilmiş razılaşmaların faktiki olaraq sıradan çıxarılmasınayönəlib. ABŞ-nin liderliyi ilə irəliləyən sülh prosesi konkret yolxəritəsinə və nəticəyönlü mexanizmlərə əsaslandığı halda,Paris–Brüssel xətti daha çox bəyanatlar, şərti yanaşmalar vəErmənistanı himayə edən mövqe ilə seçilir. Bu yanaşma regionun realehtiyaclarından deyil, Aİ-nin itirilmiş geosiyasi subyektliyinikompensasiya etmək cəhdlərindən qaynaqlanır”.

E.Mirzəbəyli bildirib ki, Avropa İttifaqının beş Azərbaycangəmisinə qarşı sanksiya tətbiq etməsi də hüquqi və siyasi baxımdanəsassızdır:
“Əgər məqsəd Rusiyaya qarşı sanksiyaların real icrasıdırsa,Yunanıstan və Kiprə məxsus enerji daşıyan gəmilər, eləcə dəAlmaniyanın Rusiyadan davam edən iri həcmli neft idxalı əsas diqqətmərkəzində olmalı idi. Avropada istehsal olunan elektronikanınErmənistan vasitəsilə Rusiyaya ötürülməsi və Ukraynaya qarşımüharibədə istifadə edilməsi isə Aİ-nin göz yumduğu açıq sanksiyapozuntusudur. Boru kəməri qazının azaldılıb, maye qaz idxalınınəhəmiyyətli dərəcədə artırılması da bu riyakarlığın başqa birtəzahürüdür.
Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlıdinləmələr təşkil etməsi fonunda, Ermənistanda təkcə 2025-ci ildəonlarla müxalifətçinin, dini xadimin, jurnalistin və ictimai fəalınuydurma ittihamlarla həbs edilməsi faktına susması açıq ikilistandartdır. Bu həbslərlə bağlı nə dinləmələr keçirilir, nə də hərhansı qətnamə qəbul olunur. Bu fakt bir daha göstərir ki, AvropaParlamenti üçün insan haqları universal dəyər deyil, siyasi təzyiqalətidir.
Son dörd ildə Ermənistan Rusiyaya qarşı tətbiq edilənsanksiyalar fonunda paralel idxal və ixrac əməliyyatlarının əsaskanallarından birinə çevrilib. Bu faktlar beynəlxalq araşdırmalardavə media materiallarında, o cümlədən “Anewz” tərəfindən hazırlanmışsənədli filmdə açıq şəkildə nümayiş etdirilir. Aİ-nin bu fəaliyyətəqarşı hər hansı real addım atmaması Brüsselin İrəvanla qeyri-rəsmisiyasi razılaşmalarının mövcudluğunu təsdiqləyir.
Avropa Parlamentinin Azərbaycanı müharibə cinayətlərində ittihamolunan şəxsləri azad etməyə çağırması, xüsusilə Ukraynaya qarşımüharibəni maliyyələşdirən oliqarxlardan biri olan RubenVardanyanla bağlı mövqeyi ciddi ziddiyyət yaradır. Bu yanaşmahüquqi prinsiplərə deyil, açıq siyasi sifarişə əsaslanır və AvropaParlamentinin obyektivliyini tam şəkildə şübhə altına alır”.
Milli Məclisin üzvü əlavə edib ki, Avropa İttifaqınınregionda yenidən ayırıcı xətlər çəkməyə çalışması Azərbaycanınartan siyasi, iqtisadi və geosiyasi nüfuzundan irəli gələnnarahatlıqla bağlıdır. Azərbaycan artıq regional proseslərinobyekti deyil, əsas subyektlərindən biridir və bu reallıq bəziAvropa dairələri tərəfindən qəbul edilmir.
“Reallıq ondan ibarətdir ki, Avropa İttifaqı qlobal siyasətdətədricən zəifləyir və strateji subyektliyini itirir. ABŞ-nin yeniMilli Təhlükəsizlik Strategiyasında Avropada dərinləşən siyasi,institusional və dəyər böhranı açıq şəkildə etiraf olunur.Avropanın taleyinin Ukraynada həll olunduğu bir dövrdə AvropaParlamentinin Azərbaycanla bağlı ikinci dərəcəli və siyasi çəkisiolmayan mövzuları qabartması institusional çaşqınlığın bariznümunəsidir.
Avropa İttifaqının və Avropa Parlamentinin Cənubi Qafqazda sülhgündəliyinə zidd fəaliyyəti Azərbaycanın strateji kursuna heç birtəsir göstərməyəcək. Azərbaycan siyasətinin əsasında milli maraqlardayanır və bu maraqların reallaşdırılmasından ölkəmizi heç birxarici təzyiq çəkindirə bilməz. Korrupsiya qalmaqalları ilənüfuzunu itirmiş Aİ institutları, o cümlədən yüksək vəzifəlirəsmilərlə bağlı iddialar fonunda, başqalarına dərs keçmək əvəzinə,öz daxili problemləri ilə məşğul olmalıdır. Avropa Parlamenti isəislamofob və türkofob yanaşmaları ilə tanınan, qəbul etdiyiqətnamələrin və dinləmələrin Azərbaycan üçün heç bir hüquqi qüvvəyaratmadığı siyasi platforma olaraq qalır”, - deyə o qeyd edib.