AZ

Qurban Qurbanovun gözündən düşən Yankoviçin taleyi necə olacaq? - iki yolu var...

"Qarabağ"ın futbolçusu Marko Yankoviçin performansında yaşanan enişdən xəbərdarsız.

Monteneqrolu "köhlən atlar"ın Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"yə qarşı matçda (0:2) ciddi səhvlərə yol vermişdi. Yarımmüdafiəçi 54-cü dəqiqədə penaltiyə səbəb olmuşdusa, buraxdıqları 2-ci qolda da diqqətsizlik etmişdi. Bundan sonra onun özünü sübut etmək üçün imkanı olduğunu bildirmişdik. Bəli, "Ayaks"la oyunu nəzərdə tuturduq. Ancaq Yankoviç bu matçda da ümidləri doğrultmadı. Başqa sözlə, baş məşqçi Qurban Qurbanovun inamını qırdı.

İndi yarımmüdafiəçinin "Qarabağ"dakı taleyi sual altındadı. Çalışdırıcı Yankoviçə Ağdam təmsilçisinin premyer-liqadakı son iki matçında start heyətində yer verməyib. O, "Araz-Naxçıvan"la görüşdə sona qədər ehtiyat oyunçular skamyasında əyləşibsə, "Sabah"la oyunda meydana sonradan çıxıb. Qurban Qurbanovun onunla bağlı planının nədən ibarət olduğunu bilmirik. O bəllidi ki, Yankoviç ya yenidən rəqiblərini yandırıb-yaxmağa başlayacaq, ya da özünü "yandıracaq"...

Maraq üçün xatırladaq ki, Markonun "Qarabağ"la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

KƏNAN BAHADIR

Seçilən
81
50
football-plus.az

10Mənbələr