AZ

Fətullah Gülənin qardaşı oğlu İstanbulda saxlanıldı

İstanbulda keçirilən əməliyyatda FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu, "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan Yasir Gülən saxlanılıb.

Missiya.Az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları, Milli Kəşfiyyat İdarəsi (MİT) və Kəşfiyyat Şöbəsi Müdirliyi ilə koordinasiyalı şəkildə Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən axtarılan şəxsləri yaxalamaq üçün əməliyyat keçirib.

Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, FETÖ çərçivəsində "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan, Bank Asya hesablarında artım müşahidə olunan və iddia edilən görüşlərdə iştirak etdiyi aşkarlanan Salih Gülənin (FETÖ lideri Fətullah Gülənin qardaşı) oğlu Yasir Gülən İstanbuldadır.

Qeyd olunub ki, texniki və fiziki müşahidədən sonra qruplar şübhəlinin Ümraniyedə gizləndiyi yeri tapıblar.

Sözügedən ünvanda keçirilən əməliyyat nəticəsində saxlanılan şübhəli, sonrakı araşdırmalar üçün polis bölməsinə aparılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
146
5
missiya.az

10Mənbələr