AZ

Mədəni sərvətləri korlama və məhv etmə anlayışının hüquqi əsası yaradılır

Bakı. Trend:

Qanunvericiliyə yeni "mədəni sərvətləri korlama" və "mədənisərvətləri məhv etmə" anlayışları daxil ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Mədəniyyət haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, anlayışlar aşağıdakı mənaları ifadəedəcək:

  • mədəni sərvətləri korlama — mədəni sərvətlərintarixi və mədəni dəyərinin qismən itirilməsinə, bədii-estetikgörkəminin dəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına,yeni quruluşa və ya qismən yararsız hala salınmasına səbəb olanqanunsuz müdaxilələrin və ya digər qanunsuz əməllərintörədilməsi;
  • mədəni sərvətləri məhv etmə — mədənisərvətlərin dəyərinin həmişəlik itirilməsinə və ya ilkinvəziyyətinin bərpasının qeyri-mümkün olduğu tam yararsız halasalınmasına səbəb olan qanunsuz olaraq dağıdılması, parçalanması,yandırılması, partladılması və ya digər təsir üsullarının qanunsuztətbiq edilməsi.

Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydadaqabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələritətbiq edilməklə dövlət tərəfindən qorunacaq.

Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və yaməhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcədə onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaqtikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin vəya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.

Yuxarıdakı abzas nəzərə alınmaqla, dövlət tərəfindən qorunanmədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onlarıntoxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaqtikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin vəya abadlaşdırma tədbirlərinin aparılmasına yol verilməyəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
111
az.trend.az

1Mənbələr