AZ

Məktəblini elektrik cərəyanı vurdu

Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,9-cu sinif şagirdi 2015-ci il təvəllüdlü rayon sakini Səfərli Sərvət Nazim oğlu dəmir yolunda dayanmış qatarın üzərindən keçmək istəyərkən onu yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğın baş verib. Ağır bədən xəsarəti alan məktəblini ətrafındakı dostları kömək edərək kənara çəkə biliblər və məktəbli dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər vəziyyəti ağır olan məktəbliyə dərhal ilkin tibbi yardım göstəriblər.

Fakt araşdırılır.

 

Seçilən
129
4
nocomment.az

4Mənbələr