Donetsk Xalq Respublikasındakı (DXR) Krasnıy Liman və Konstantinovka yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçiriləcək.
"Unikal" xəbər ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya qoşunları Konstantinovka şəhərinə daxil olur və orada döyüşlər artıq gedir. Şübhəsiz ki, bizim oğlanlarımız bu şəhəri də ələ keçirəcəklər", - deyə Rusiya lideri qeyd edib.
Putinin sözlərinə görə, Krasnıy Limanın 50 faizindən çoxu hazırda Rusiyanın nəzarəti altındadır və şəhərin özü tezliklə ələ keçiriləcək. Rusiya prezidenti qeyd edib ki, şəhərin ələ keçirilməsi Kiyevin nəzarətində olan DXR-də Slavyansk istiqamətində irəliləməyə imkan verəcək.