AZ

Putin: Rusiya Ukrayna məsələsində kompromisə razıdır

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Biz insanların ölməyinə görə məsuliyyət daşımırıq, çünki bu müharibəni biz başlamamışıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya Prezidenti müharibəni Ukraynanın başlatdığını deyib.

Putin bu ilin avqustunda Alyaskada ABŞ Prezidenti Donald Trampla danışıqlarda əldə olunan razılaşmalara da toxunub. O vurğulayıb ki, Rusiya Ankoricdə Trampın təklifləri ilə razılaşıb və praktik olaraq onları qəbul edib: “Nəyisə rədd etdiyimizi demək düzgün deyil. Bizə təklif olunan kompromislərlə razıyıq”.

Rusiya Prezidenti “topun tamamilə Ukrayna rəhbərliyinin və onların Avropa sponsorlarının tərəfində olduğunu” qeyd edib: “Biz həm danışıqlara, həm də münaqişənin sülh yolu ilə həllinə hazırıq”./APA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
6
bakivaxti.az

7Mənbələr