AZ

ABŞ Sakit Okeanda iki gəmiyə hücum etdi

ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşıdığı şübhəli bilinən iki gəmiyə hədəfli zərbələr endirdiyini elan edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

18 dekabrda Müdafiə Naziri Hegsetin göstərişi ilə Birgə Operativ Qüvvə Southern Spear beynəlxalq sularda terrorçu təşkilatlar tərəfindən idarə olunan iki gəmiyə ölümcül kinetik zərbələr endirib.

Zərbələr nəticəsində 5 nəfərin öldüyü bildirilib, ABŞ hərbçilərindən isə heç biri xəsarət almayıb.

Sentyabr ayından bəri ABŞ Sakit Okean və Karib dənizində narkotik daşımaqda şübhəli bilinən gəmilərə təxminən 30 hücum həyata keçirib və nəticədə 100-dən çox insan həlak olub.

Seçilən
116
operativmm.az

1Mənbələr