AZ

Fransada dəmiryolçuların narazılığı artır, gələn il tətillər başlaya bilər

Paris, 19 dekabr, AZƏRTAC

Fransanın milli dəmiryolu şirkəti “SNCF”-də 2026-cı ildə tətil ehtimalı artıq gündəmdədir. BFM TV-nin məlumatına görə, “Sud Rail” həmkarlar ittifaqı yanvarın 13-nə tətil xəbərdarlığı elan edib.

AZƏRTAC xəbər verir ki, bu çağırış “SNCF”-nin yeni prezidenti Jan Kasteksin bütün dəmiryolçulara 400 avro məbləğində birdəfəlik mükafat ayırması fonunda səsləndirilib.

“Sud Rail” həmkarlar ittifaqı hesab edir ki, SNCF 2025-ci ili 2 milyard avrodan çox mənfəətlə başa vurur. Buna görə də daimi maaş artımı mümkündür.

Təşkilat 2026-cı ildə “SNCF”-nin əməkhaqqı siyasətində köklü dəyişiklik gözlədiyini bəyan edib.

 

Seçilən
86
2
azertag.az

3Mənbələr