AZ

Macarıstan AB sanksiyalarından bəzi müddəaların çıxarılmasını istəyir

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Macarıstan AB-nin Rusiya əleyhinə sanksiya paketlərinə veto qoymur, lakin milli maraqlarına birbaşa zərər verən müddəaların qarşısını almağa çalışır.

"Ölkə.az" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bunu Brüsseldə AB sammitindən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Hökumət başçısı bildirib ki, sanksiya paketləri Macarıstanın əsas maraqlarına açıq şəkildə təsir etmədikcə, onlara veto qoymurlar:

"Məsələn, biz bunu nüvə enerjisi sahəsində etdik".

Orban veto səlahiyyətini AB siyasətinin həyata keçirilməsi üçün "effektiv və faydalı bir vasitə" hesab edir.

"Əgər dövlətlər həlledici məsələlərdə veto hüququndan məhrum edilsəydilər, bütün Avropa Birliyi imperiyaya çevrilərdi", Orban deyib.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
116
3
olke.az

4Mənbələr