AZ

Marko Yankoviçin "Qarabağ"dakı aqibəti necə olacaq? - SON DURUM

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç bir neçə klubun diqqət mərkəzinə düşüb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onu Zaqreb "Dinamo"su, "Olimpiakos" və Kipr klubları sıralarına cəlb etmək niyyətindədirlər.

Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan 30 yaşlı futbolçu "Qarabağ"da aldığından 2-3 dəfə çox qazana biləcəyinin fərqindədir. Menecerlər monteneqrolu oyunçuya sərfəli variantlar barədə məlumat veriblər. Təbii ki, hazırda Yankoviçin gələcək karyerası ilə bağlı əsas söz sahibi "Qarabağ"dır. Lakin baş məşqçi Qurban Qurbanov UEFA Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərən "8 nömrə"nin son vaxtlar diqqətini yalnız öz komandasına yönəldə bilmədiyini də anlayır. Şübhəsiz, "köhlənlər"in rəhbərliyi "maestro" ilə gecikmədən müqavilə yeniləmək və maaşını artırmaq variantını da nəzərdən keçirir. Lakin tərəflərin bu yöndə razılığa gələ bilməmək ehtimalı da az deyil. Odur ki, sərfəli təklif gələcəyi təqdirdə, Markonun satılması da mümkündür. 

Nihat

Seçilən
23
50
fanat.az

10Mənbələr