AZ

Tramp ABŞ büdcəsindən milyard dollar ayırmaq istəyir

Hurriyyet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) onun şəxsi evi olan Mar-a-Laqoya etdiyi basqına görə ABŞ hökumətindən özünə milyard dollar təzminat ödəmək niyyətində olduğunu açıqladı. O, bunu Şimali Karolinadakı tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Bilirsiniz, mən məhkəmə iddiası qaldırdım və qalib gəlirəm. Sadəcə bir problem var: mən bunu həll etməliyəm. Bir milyard dolları xeyriyyə təşkilatına ayırmaq istəyirəm. Ağlabatan səslənir, elə deyilmi? Amma bəlkə də pulu özümdə saxlamalıyam", - deyə o bildirib.

Daha sonar Dövlət başçısı dərhal sözünü  düzəltdi və pulu saxlamaq niyyətində olmadığını vurğuladı. O, həmçinin "razılaşmaq və özü ilə danışıqlar aparmaq" məcburiyyətində qaldığı vəziyyətin qəribəliyini də qeyd etdi.

Daha əvvəl bildirilmişdi ki, əksəriyyəti Trampın prezidentliyi dövründə baş verən və 30 sentyabr 2025-ci ildə başa çatan 2025-ci maliyyə ili üçün ABŞ büdcə kəsirinin 1,775 trilyon dollara düşdüyü bildirilirdi ki, bu da əvvəlki illə müqayisədə 2,3 faiz azdır.

NURAY

Seçilən
108
hurriyyet.az

1Mənbələr