AZ

Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yükdaşımaların artırılması koordinasiya edilib

Bakı. Trend:

İran və Azərbaycan arasında Astara gömrük sərhəd buraxılışməntəqəsi ilə yükdaşımaların artırılması koordinasiya edilib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumatverilib.

Bildirilib ki, İranın Azərbaycandakı səfiri Muctaba DəmirçiluAzərbaycanın Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yaxındantanış olub və gömrük xidmətinin rəsmiləri ilə görüşüb.

Görüşdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yükmaşınlarının keçidinin sadələşdirilməsi və sürətləndirilməsi haqdafikir mübadiləsi aparılıb. Həmçinin keçən yük maşınlarının sayınınartırılması, ixrac məhsullarının gözləmə müddətinin azaldılmasıhaqda razılaşma əldə olunub.

Qeyd edək ki, hər ilin sonunda Astara sərhəd-gömrük keçidməntəqəsi ilə yükdaşımalarda ciddi artım müşahidə olunur.

Seçilən
78
5
az.trend.az

6Mənbələr