AZ

MPL: "Karvan-Yevlax" "Neftçi"ni qəbul edir -YENİLƏNİR

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.

Öncə “Karvan-Yevlax” “Neftçi”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

Günün digər matçında “Zirə” “İmişli”ni sınağa çəkəcək. Bu görüşü Cavid Cəlilov idarə edəcək.

Daha öncə “Kəpəz” “Turan Tovuz”a 0:2 hesabıyla uduzub. “Qəbələ” - “Qarabağ” və “Araz-Naxçıvan” - “Şamaxı” oyunları sabah, “Sumqayıt” - “Sabah” görüşü isə 22 dekabrda baş tutacaq.

Misli Premyer Liqası
16-cı tur
20 dekabr

“Karvan-Yevlax” “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Yevlax şəhər stadionu, 14:00.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev  2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant                                    
Məşqçi: Füzuli Məmmədov 

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj  10. Freddi Varqas 23. Cordan Rezabala 
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi  
Baş məşqçi: Yuri Vernidub 

“Zirə” “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

Seçilən
70
fanat.az

1Mənbələr