AZ

Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Kocaeli şəhərində baş verən silahlı hücum nəticəsində ağır yaralanan “Sultanbəyli Belediyespor”un futbolçusu Uğurcan Bekçi dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, dekabrın 17-də iki qrup arasında borc mübahisəsi zəminində baş verən hadisə zamanı U.Bekçi qasıq nahiyəsindən yaralanaraq ciddi qan itirmişdi.

Xatırladaq ki, “Sultanbəyli Belediyespor”da çıxış etmiş U. Bekçi karyerası ərzində “Kocaelispor”, “Kağıtspor”, “Körfez Spor Kulübü”, “Belediye Derincespor”, “24 Erzincanspor” və “Ankara Keçiörengücü” kimi klubların şərəfini qorumuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
6
qafqazinfo.az

6Mənbələr