AZ

Azərbaycan Türkiyəyə 150 min tona yaxın xam neft ixrac etdi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyəyə 142 min 382,68 ton xam neft ixrac edib.

Publika.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 68 milyon 994,28 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 2,6 dəfə, dəyəri isə 2,9 dəfə azdır.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 0,64 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 11 milyard 514 milyon 966,53 min ABŞ dolları olan 22 milyon 132 min 445,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Seçilən
103
8
publika.az

10Mənbələr