Bakı. Trend:
Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmişqanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlbedilib.
Trend-in məlumatına görə, iki nəfər rayon sakini 2011-ci iltəvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa vəqanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərləcinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiqmaddələri ilə cinayət işi başlanılıb. Onlar təqsirləndirilən şəxsqismində cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində 4 aymüddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaqtədbirləri aparılır.