AZ

ABŞ Maduronun yaxınlarına sanksiya tətbiq etdi

ABŞ, Venesuela Prezidenti Nikolas Maduronun ailə üzvlərinin də daxil olduğu 7 nəfərə qarşı sanksiya tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, yeni sanksiyalar 11 dekabrda sanksiya siyahısına salınan Maduronun bacısı oğlu Karlos Erik Malpika Flores və Maduro hökuməti ilə əlaqəli olduğu bildirilən panamalı iş adamı Ramon Carretero Napolitanonun ailə üzvlərini hədəfə alır.

Sanksiya tətbiq edilən şəxslər arasında Maduronun baldızı, Malpika Floresin digər qohumları və Carretero ailəsinin iki yaxın üzvü yer alır.

Açıqlamada “Tramp administrasiyası, Maduro və onun rejimini dəstəkləyən şəxslərin şəbəkəsini dağıtmaqda qərarlıdır” ifadəsi yer alıb.ABŞ Maliyyə Nazirliyinin verdiyi əlavə açıqlamada isə sanksiyaların detalları açıqlanıb.

Bildirilib ki, Malpikanın anası Eloisa Flores de Malpika, atası Karlos Evelio Malpika Torrealba, bacısı İriamni Malpika Flores, həyat yoldaşı Damaris del Karmen Hurtado Peres və qızı Erika Patrisia Malpika Hurtado sanksiya siyahısına daxil edilib.

Həmçinin Napolitanonun iki qohumu - Roberto Carretero Napolitano və Vicente Luis Carretero Napolitano da siyahıya əlavə olunub.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr