“Midtyullan”ın hücumçusu Frankulinu yaxın zamanda klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.
21 yaşlı futbolçu ilə “Liverpul”, “Bavariya” və “Borussiya” maraqlanır.
Danimarka klubunun rəhbərliyi futbolçusunun transferindən təxminən 25–30 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qvineyalı forvardın “canavarlar”la mövcud müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.
Frankulinu bu mövsüm “Midtyullan”ın heyətində 30 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi