AZ

“Santos”un prezidenti Neymarın gələcəyindən danışdı

“Santos” klubunun prezidenti Marselo Teyşeyra braziliyalı hücumçu Neymarın gələcəyi ilə bağlı açıqlama verib. 

90deqiqe.Az xəbər verir ki, "ESPN" funksionerin dediklərini belə çatdırıb.

"Neymar layihəsi 2026-cı il Dünya Kuboku üçün nəzərdə tutulub. Bu, həmişə müzakirə mövzusu olub. Neymar istənilən yerə gedə bilərdi, amma o, öz doğma şəhəri olan "Santos"a qayıtmaq istəyirdi. Onu daha çox istifadə etməyə ümid edə bilərdik, amma bu alınmadı - heç kimin günahı yoxdur. Dialoq davam edir. Rəqəmləri və şərtlərimizə uyğun olaraq müqavilənin uzadılması ehtimalını qiymətləndiririk. Neymarın klubda qalması üçün ortaq məxrəc tapa biləcəyimizə dair müsbət gözləntilərim var"

Qeyd edək ki, ulduz futbolçunun müqaviləsi 2025-ci ilin son günü başa çatacaq.Neymar fevral ayında 34 yaşını qeyd edəcək.

Seçilən
92
90deqiqe.az

1Mənbələr