AZ

La Liqa: “Real Sosyedad” “Levante” ilə heç heçə edib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniya La Liqasının 17-ci turunun “Levante” və “Real Sosyedad” arasında keçirilən oyun başa çatıb. Komandalar “Estadio Ciudad de Valencia” stadionunda (Valensiya) qarşılaşıblar.

İdman.Biz bildirir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Real Sosyedad”ın hücumçusu Takefusa Kubo oyunun ilk qolunu 45+1-ci dəqiqədə vurub, 90+4-də isə Adrian De La Fuente penaltidən bərabərlik qoluna imza atıb.

İspaniya liqasında 17 oyundan sonra “Real Sosyedad” 17 xalla turnir cədvəlində 15-ci yerdədir. “Levante” 16 oyundan sonra 10 xalla 20-ci yerdədir.

Bu gün keçirilmiş digər matçda “Ovyedo” “Selta” ilə heç-heçə oynayıb - 0:0.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
icma.az

2Mənbələr