AZ

Ukrayna Xəzərdə Rusiya gəmisini və neft platformasını vurdu…


Ukrayna Xəzər dənizində "Project 22460" adlı Rusiya hərbi patrul gəmisinə hücum edib.

Ukrayna ordusunun sosial media hesabından verilən açıqlamada Xəzər dənizində neft və qaz hasilatı platformasının ətarafında patrul xidməti həyata keçirən "Project 22460" tipli "Oxotnik" adlı Rusiya gəmisinin bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə vurulduğu bildirilir.

Bundan başqa, Xəzər dənizində Rusiya dövlət neft şirkəti “Lukoil”a məxsus “Filanovski” neft və qaz yatağında bir qazma platforması da vurulub.

Ukrayna ordusunun, platformanın Rusiya ordusuna xidmət etdiyi iddia edilən açıqlamasında, Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilən Krımda Rusiya hərbi "RSP-6M2" radar sisteminə də hücumların edildiyi qeyd olunur.

Ukrayna Ordusunun Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının 12 dekabr açıqlamasında isə Xəzər dənizində Rusiyanın "Kompozitor Raxmaninov" və "Askar-Saridja" yük gəmilərinə hücum edildiyi bildirilir.

Rusiya isə Ukraynanın Odessa bölgəsinə raket hücumu edib. Ukraynanın məlumatına görə, Rusiya ordusu bölgədə bir limanı hədəf alıb və nəticədə 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

TAHİR

Seçilən
74
42
baki-xeber.com

10Mənbələr