AZ

İspaniya klubu yeni baş məşqçisini açıqladı

style='margin-bottom:10px;'>

İspaniya La Liqasında çıxış edən "Levante" klubu yeni baş məşqçisini açıqlayıb.

QOL.az xəbər verir ki, klubun məlumatına görə, komandanı bundan sonra portuqaliyalı mütəxəssis Luiş Kaştru çalışdıracaq. Klub onun rəhbərliyi altında ilk matçını növbəti ilin yanvarında səfərdə "Sevilya"ya qarşı keçirəcək. O, son olaraq Fransa təmsilçisi "Nant"ın baş məşqçisi olub.

Qeyd edək ki, "Levante" cari mövsümdə keçirdiyi 16 oyunda cəmi 10 xal toplayaraq çempionatın autsayderi mövqeyindədir. Komanda son turda "Real Sosyedad"la 1:1 hesablı heç-heçə edib.

Seçilən
70
teleqraf.com

1Mənbələr