AZ

Əhalinin nəzərinə: bu gün evdən çıxarkən diqqət edin 4 məsələ

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Globalinfo.az bu gün paytaxt Bakıda gözlənilən ictimai vəziyyətlə bağlı lazımi məlumatları təqdim edir:

Qaz təchizatında fasilə

Bu gün (22 dekabr) saat 10:00-dan etibarən Bakının M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Hava proqnozu

Bu gün Azərbaycanda Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.

Tıxac

Həftənin ilk günü ilə əlaqədar olaraq paytaxtın bir sıra yollarında, xüsusən mərkəzi prospektlərdə tıxac, həmçinin ictimai nəqliyyatda  sıxlıq gözlənilir.

Meteohəssas insanların diqqətinə

Dekabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir.

Bildirilib ki, sözügedən durum meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
globalinfo.az

1Mənbələr