Vaşinqton administrasiyası ABŞ-də istehsalı planlaşdırılmayan xarici mallara tətbiq edilən rüsumları ləğv etməyə hazırdır.
Bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset CBS telekanalının efirində bildirib.
"Düzəliş edilə biləcək məqamlar var", - deyə o, ABŞ-nin digər ölkələrdən gətirilən mallara tətbiq etdiyi rüsumlardan danışarkən qeyd edib.
"Məsələn, gördüyünüz kimi, biz qəhvəni rüsumlardan çıxarmaq qərarına gəldik, çünki ABŞ-də qəhvə böyük həcmdə istehsal olunmur. Düşünürəm ki, əgər ABŞ-də ümumiyyətlə istehsal olunmayan başqa məhsullar varsa, iqlim və digər səbəblərə görə onların istehsalı nəzərdə tutulmursa, bu mallara da istisna tətbiq etməyə hazırıq", - Hasset izah edib.
Onun dəqiqləşdirdiyi kimi, ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir hazırda tariflərin ləğvi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi işinə rəhbərlik edir.
"Cebheinfo.az"