Bu gün Afrika Millətlər Kuboku start götürüb.
QOL.az xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Açılış oyununda A qrupunda mübarizə aparan Mərakeş Komorla qarşılaşıb. Görüşdə Mərakeş 2:0 hesablı qələbə qazanıb. Hesabı 55-ci dəqiqədə Brahim Dias açıb. Ayyub Əl Kaabi isə 74-cü dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, A qrupunun digər oyununda Mali Zambiya ilə üz-üzə gələcək.