AZ

Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək

Bakı. Trend:

Gübrələrdən istifadə kənd təsərrüfatının dinamik inkişafı vəməhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, yalnız mineralgübrələrin idxalı və satışı ƏDV-dən azaddır.

Trend xəbərverir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarınıngübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kəndtəsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantıkimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədiləorqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azadedilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı ildən etibarən mineralgübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı vəsatışından ƏDV tutulmayacaq.

Bu dəyişikliklər nəticəsində kənd təsərrüfatı məhsullarıistehsalçılarının xərclərinin azalacağı gözlənilir ki, bu da öznövbəsində son istehlak qiymətlərinə təsir edəcək. Eyni zamanda,əhalinin ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarınaçıxış imkanları artacaq, sektorun inkişafı və davamlılığıgüclənəcək.

Seçilən
72
10
az.trend.az

10Mənbələr