Bu məsələlərlə bağlı “Qarabağ”ın əsas fanklubu “İmarət Tayfa”nın rəhbəri Elnur Quliyevin fikrini öyrəndik:
“Bəzən çempionluq mübarizəsi son tura, hətta son saniyələrə qədər gedir. Dəfələrlə bunun şahidi olmuşuq. İstər bizim çempionatda, istərsə də Avropada. Çempionat maraqlı olsa, azarkeş sayına da təsir edər. Çempionatı maraqlı etmək lazımdı. Reallıq budu ki, oyunlara orta və kasıb təbəqə gəlir. Oyun günü mən şəxsi səbəblərdən gedə bilməmişdim. Futboldu, olur belə şeylər. Gözəl olardı ki, olmasın. Amma azarkeş varsa… Mənim özümə də maraqlıdı ki, nəyə görə belə cərimələnmişik? 10 min Azərbaycan çempionatı üçün böyük məbləğdi”.
Xatırladaq ki, “Qarabağ” azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə 7000, oturacaqları sındırdığına, stadiona zərər vurduğuna görə 3000 manat cərimələnib. Eyni zamanda, stadiona dəyən ziyanı “Qarabağ” qarşılamalıdı.
MÜZƏFFƏR QULUZADƏ