AZ

Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatların nəticələri: ekosistemdə dəyişikliklər qeydə alınıb

Bakı, 22 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu Qarabağ və Şərqi Zəngəzur ərazilərində mühüm ekoloji və coğrafi tədqiqatlar həyata keçirir.

İnstitutun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AZƏRTAC-a Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatların nəticələri barədə məlumat verib. O qeyd edib ki, bu bölgədə işğala qədər 63 növ məməli məskunlaşmışdı. Bunlardan səfsər, çay su samuru, qonur ayı, zolaqlı kaftar, qamış pişiyi, səhra pişiyi, vaşaq, Qafqaz bəbiri, bezoar keçisi, nəcib maral və digər növlərin adları “Qırmızı kitab”a da düşüb. Bu heyvanların bəzi növləri isə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na (IUSN) daxil edilib. İşğal dövründə ermənilərin Azıx mağarasında apardıqları qeyri-qanuni arxeoloji qazıntılar nəticəsində bu ərazidəki nadir yarasa növlərinə də ciddi ziyan dəyib. İşğal zamanı həyata keçirilən yanğınlar müxtəlif fauna növlərinin kütləvi şəkildə məhvinə yol açıb. Laçın meşələrində qırmızı palıdın, tozağacı və fındığın qırılması bir sıra quş və heyvan növlərinin ekosisteminin dağılmasına və onların sayının azalmasına səbəb olub.

 

Seçilən
71
2
azertag.az

3Mənbələr