AZ

Müğənni Dəniz Əsədova niyə HƏBS EDİLİB?

Ajans.az xəbər verir ki, Dəniz Əsədova 1990-cı illərdə musiqiçi ailəsində anadan olub. Müğənni musiqi təhsilini əvvəlcə uşaq musiqi məktəbində, daha sonra isə ixtisaslaşmış musiqi kolleci və konservatoriyada davam etdirib. İlk dəfə 17 yaşında böyük bir səhnədə xalq mahnısı ifa edib.  O, müxtəlif illərdə “İlin Gənc Müğənnisi”, “Xalqın Səsi”, “Estrada Ulduzu”, “Ən Yaxşı Canlı İfa” kimi titullara və diplomlara layiq görülüb. Sənətçinin ən məşhur mahnıları arasında “Sənsiz Gecə”, “Dəniz Kimi”, “Yaxşı Ki Varsan”, “Qarışıq Duyğular”, “Ay İşığında”, “Qadın Taleyi”  yer tutur. Vəkil Asim Abbasov onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün Dəniz Əsədovadan xüsusi ittiham qaydasında şikayəti etmişdi. Nəticədə Dənizə Əsədova məhkəmənin qərarı ilə 7 ay azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, D. Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər - müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.

Seçilən
73
Ajans.az

1Mənbələr