AZ

Bakıda da qadın dəm qazından boğuldu

Bakıda 42 yaşlı qadın dəm qazından boğulub.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Ə.Əzimzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan, 1983-cü il təvəllüdlü Aygün Abid qızı Əliyeva evin hamamında çimərkən dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
bakivaxti.az

1Mənbələr