AZ

Rusiya Prezidentinə göndərilən qeyri adi hədiyyə gündəm oldu

ain.az, Milli.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Lyubertsıdakı "Maşenka" çörəkxanasından göndərilən "pirojki" və digər bişmiş məmulatları çay süfrəsində dadıb.

Milli.Az xəbər verir ki, Kremlin "Telegram" kanalında yayılan videoda Putin hədiyyəyə görə çörəkxananın sahibinə təşəkkür edir və qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırır. Öz növbəsində Prezident Yeni il üçün hədiyyələr göndərib.

Qeyd edək ki, bir gün əvvəl "Maşenka" çörəkxanasının sahibi Denis Maksimov Putinə 2026-cı ildən fərdi sahibkarlar üçün nəzərdə tutulan yeni vergi sistemi barədə sual ünvanlamışdı. Prezident isə bu dəyişikliklərin biznesə zərər vurmamalı olduğunu qeyd etmişdi.

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
news.milli.az

3Mənbələr